Sabiq səfir bu qərarın qəribə olduğunu bildirib: “Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, işğal edilmiş Dağlıq Qarabağa nəzarət edən qüvvələrin bütün dünyada məşhur olan Robert Volterin regiona səfərinə icazə verməməsi qeyri-adi haldır”.
Xatırladaq ki, R. Volter sentyabrın 17-də cəbhə xəttinin Azərbaycan tərəfinə səfər edib. Lakin işğalçı rejim onun Dağlıq Qarabağa getməsinə icazə verməyib.
İnterpress.az