Azərbaycanın ATƏT-dəki nümayəndəliyi bəyanatla çıxış edibbackend

Azərbaycanın ATƏT-dəki nümayəndəliyi bəyanatla çıxış edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəyanatda bildirilir ki, Azərbaycan ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun qurumun direktorunun mandatına uyğun olmayan şəkildə, məsləhətləşmələr aparmadan 1 noyabr tarixində Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etməkdən imtinası ilə bağlı əlaqədar tədbir görülməsini Daimi Şuradan xahiş edib:

“Şuranın sonuncu iclasında Azərbaycan tərəfi ATƏT DTİHB direktorunun qərarından sonra yaranan arzuolunmaz vəziyyətlə bağlı məlumat verib və ATƏT-in Serbiya rəhbərliyinə prosesin asanlaşdırması üçün müraciət edərək bununla bağlı \”ad hok\” qrupun (hər hansı konkret məsələnin həlli üçün yaradılan qrup – APA.) yaradılmasını təklif edib. Bu görüşdə bir çox üzv dövlətlər məsələ ilə bağlı narahatlıqlarını ifadə edib, həmçinin, dialoq və məsləhətləşmələr vasitəsilə vəziyyətdən çıxış yolunun tapılmasına ehtiyac olduğunu vurğulayıblar.”

Bəyanatda qeyd edilir ki, Daimi Şuranın iclasından sonra fəaliyyətdə olan sədr Azərbaycan Xarici İşlər Nazirliyinə göndərdiyi 25 sentyabr tarixli məktubunda məsələ ilə tanış olduğunu və bununla məşğul olacağını bildirib. Fəaliyyətdə olan sədr, həmçinin, məsələnin bütün təşkilatın marağında olduğunu vurğulayıb. Həmin gün Azərbaycan tərəfinin cavab məktubunda Bakının konstruktiv məsləhətləşmələrə hazır olduğu və DTİHB-nin mandatına uyğun fəaliyyətin həyata keçirilməsi ilə bağlı razılıq ifadə edilib:

“Şuranın son iclasından bəri irəliyə doğru addım atılmaması təəssüf doğurur. ATƏT institutunun mandatını pozması ATƏT-ə üzv dövlət kimi Azərbaycanın maraqlarına zərər vurur və təşkilat daxilində inam və etimada da zərbə vurduğu üçün cavabsız qalmamalıdır. Ona görə də bu, bütün iştirakçı dövlətlərin marağında olmalıdır. Eləcə də DTİHB mandatını pozduğuna görə müvafiq tədbirlər görülməlidir. Məhz bu kontekstdə biz ATƏT Daimi Şurasına və sədrliyə müraciətimizi yeniləyir və \”ad hok\” qrupun yaradılması da daxil olmaqla, Azərbaycan tərəfinin narahatlıqlarına diqqət yetirməyə, təcili addımlar atmağa çağırırıq. Belə edilmədiyi təqdirdə, bu, ATƏT-in dialoq və əməkdaşlıq ruhuna zərər vuracaq”.

İnterpress.az