Mağazanın nazirliyə təqdim etdiyi hesabatlardakı rəqəmlərlə real rəqəmlərin üst-üstə düşmədiyi ilə bağlı şübhələr olduğundan Vergilər Nazirliyi yoxlamalarla bağlı qərar qəbul edib.
Kassalardan bəziləri götürülüb. Nazirliyin əməkdaşları dünəndən başlayaraq mağazada təftiş aparırlar. Belə ki, onlar gündəlik satışın həcmini müəyyən etmək üçün “Neptun”da kassaların yanında müşahidələr aparırlar.
Mağaza rəhbərliyi isə satışın həcminin təqdim olunan hesabatlarla uyğun gəlməsi üçün bəzi bölmələri bağlayıb. 00:00-a və hətta bəzi filialları 24 saat işləyən mağazalar dünən 21:00-da bağlanıb.
Mağaza rəhbərliyi həmçinin bəzi əməkdaşlarına bir neçə günlük işə çıxmamaq göstərişi verib. ( aznews.az )
İnterpress.az