Bu barədə oktyabrın 9-10-da Azərbaycanın və İranın Astara şəhərlərində Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri – iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin iştirakı ilə Azərbaycan və İran nümayəndə heyətləri arasında keçirilmiş görüşlər zamanı razılıq əldə edilib.
Razılığa əsasən, yaxın vaxtlarda Astara və Biləsuvar sərhəd-keçid məntəqələrində 24 saatlıq fasiləsiz iş rejiminin tətbiqinə başlanılacaq.
İnterpress.az