Bunu Milli Məclisin bu gün keçirilən 2016-cı il üçün büdcə zərfinin müzakirəsi zamanı spiker Oqtay Əsədov bildirib.
O. Əsədov deyib ki, cari il büdcəyə Dövlət Neft Fondundan 10,4 mlrd. manat transfert edildiyi halda, gələn il bu rəqəmin 6 mlrd. manat təşkil edəcəyi proqnozlaşdırılır.
Spiker əlavə edib ki, bəzi əvvəl başlanılan investisiya layihələri müəyyən müddətə təxirə salınıb, amma bu, önəmli investisiya layihələrinin icrasına təsir göstərməyəcək.
İnterpress.az