Bu sözləri “İŞİD” terror qruplaşmasına qoşulduğuna görə, Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat nəticəsində həbs olunan vətəndaşlarımızdan biri Elbrus Əzizov deyib.
E.Əzizovun Suriyaya gedərək terrorçulara qoşulmasında bir başa KİV-lərin rolu olduğunu qeyd etməsi diqqət çəkən məqamlardandır. Jurnalist Ekspert Mərkəzi məhz bu məsələ ilə əlaqədar açıqlama yayıb.
JEM sədri Ceyhun Musaoğlunun adından yayılan açıqlamada deyilir ki, mərkəz bir müddət öncə bu mövzuda mətbuatı ehtiyatlı olmağa çağıran bəyanat yayıb: “KİV orqanları, xüsusən də televiziyalar fikir formalaşdırmaq gücünə malikdir. Mətbuat İŞİD-in Suriya və İraq ərazisində terrorçu qrup kimi fəaliyyət göstərməyə başladığı ərəfədə Qərb təbliğatının təsiri nəticəsində onların təmsil olunduğu qrupu dövlət adlandırdı. İctimai qınaq belə təqdimatların şaxələnməsinə imkan verməsə də, yəni terrorçuların dövlət kimi qələmə verilməsi halları kifayət qədər azalsa da, yanlışlıq artıq öz işini görüb. Saxlanılan Elbrus Əzizov xəbərlərdən eşitdiklərinin fonunda Suriyada islam dövlətinin yarandığını dərk etmiş və sonda acı aqibətlə üzləşib”.
JEM sədri belə faktların çoxalmaması üçün KİV orqanlarını bir daha diqqətli olmağa çağırıb. Çağırışda Qərbin informasiya siyasətinin ziyanlı olduğu xüsusi ilə vurğulanır, bu faktın işğalçı düşüncədə olanlara münasibətdə daha açıq göründüyü bildirilir: “Ermənistanı sülhpərvər, İŞİD-i dövlət, ABŞ ərazisində yaşayan dinc qaradərililəri vəhşi adlandıran Qərb mətbuatından nümunə kimi yararlanmağa son qoyaq”.
İnterpress.az