Bakıda tələbələri maşın vurdu: 1 ölü, 4 yaralı – YENİLƏNİBbackend

Bakıda tələbələri maşın vurdu: 1 ölü, 4 yaralı – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universitetinin yataqxanasının qarşısında “Lada” markalı, 90 BE 265 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək 6 piyadanı vurub.

Yaralanan şəxslər Klinik Tibbi Mərkəzə (KTM) gətiriliblər. Bu barədə APA-ya KTM-dən məlumat verilib. Məlumata görə, xəsarət alanların əksəriyyəti tələbədir. Yaralıların şəxsiyyətini müəyyənləşdirmək mümkün olub:

Rzayev Fərhad (1999)
Qarayev Əhməd Daşqın (1995)
Səlimov Əhməd Sabir (1993)
Xəlilova Leyla Sabir qızı (1994)
Eyvazova Məryəm Əsəd qızı (1998)
Ələkbərzadə Cabir Elxan oğlu

***

Prospektlə 20 Yanvar istiqamətində sürətlə hərəkət edən “Lada Priora” markalı 90 BE 265 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 5 tələbəni vurub. Onlardan birinin dünyasını dəyişdiyi bildirilir. İkisinin vəziyyəti isə ağırdır. Yaralılar xəstəxanaya aparılıb.

Hadisəylə bağlı Mətbuat prospektində sıxlıq yaranıb. ( aznews.az )

İnterpress.az