Q.Qarayev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında baş müəllim postuna təyin edilib. Məlumata görə, o, oktyabrın 18-dən etibarən işinin icrasına başlayacaq.
Qorxmaz Qarayev kimi təcrübəli döyüşçünün, general-mayor rütbəli birinin akademiyaya müəllim vəzifəsinə təyin edilməsi isə təəccüb doğurub. Lakin sonradan məlum olub ki, general-mayor paytaxtda icra edə biləcəyi vəzifələrdən birinə təyinat almaq üçün nazirliyə müraciət edib. Onun müraciəti nəzərə alınaraq Silahlı Qüvvələrin Hərbi Akademiyasına baş müəllim gətirilib.
Məsələni dəqiqləşdirmək üçün AzNews.az-ın əməkdaşı akademiya ilə əlaqə saxlayıb. Onlar məlumatı nə təsdiq, nə də təkzib ediblər. Məlumatı Müdafiə Nazirliyinin özündən dəqiqləşdirməyi tövsiyə ediblər. Nazirlik isə məsələ ilə əlaqədar göndərdiyimiz sorğunu cavabsız qoyub.
Xatırladaq ki, Qorxmaz Qarayev bu ilin avqust ayında nazrin müavini və Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilmiş və Şəmkir korpusunda polkovnik rütbəsinə uyğun vəzifəyə təyin edilmişdi.
İnterpress.az