İndoneziyanın Bali adasından Los Ancelesə Çin Hava yolları ilə səfər edən qadının sancısı tutub. Təyyarə əməkdaşlarına xəbər verən qadına ilk yardımı sərnişinlər edib. Hamilə qadın üçün əvvəlcə üç kreslo ayrılıb və ədyal sərilib. Təyyarədə olan həkimin köməkliyi ilə 19 saat davam edən təyyarə səfərinin 6-cı saatında qadın doğub.
Tayvanlı qadının qızının hansı ölkənin vətəndaşı olacağı isə hələ də müzakirə olunur.
İnterpress.az