İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Qaradağ rayonunda 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb.
İnterpress.az