Məlumatı dəqiqləşdirmək üçün İstehsalat Birliyinə edilən zəngə cavab olaraq qəbul şöbəsindən Trend-ə B.Hüseynovun bu gün işə gəlmədiyi, onun saxlanılması ilə bağlı isə hər hansı informasiyaların olmadığı bildirilib.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbərinin müavini Xankişi Kişiyev isə Trend-in suallarını cavablandırmaq səlahiyyətinin olmadığını deyib.
Qeyd edək ki, B.Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur. E.Mahmudov Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.
İnterpress.az