Gülşən Tanrıdaş media mənsublarına müraciət etdibackend

Gülşən Tanrıdaş media mənsublarına müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əziz dostlar!
Bu gün mən nəhayət ki,iştirakçısı olduğum bir proses və sonucunun nə ilə bitəcəyini gözlədiyim bir məsələ haqqında açıqlama verməyə məcbur qaldım.. Söhbət 01.11.2015-ci il tarixinə təyin edilmiş Parlament seçkilərindən və bu seçkidə namizədliyimin irəli sürülməsindən və namizədliyiin irəli sürüldüyü 30 saylı Suraxanı I Seçki Dairəsində üzləşdiyim maneələr və qanunsuzluqlardan və bu haqda MSK-ya ünvanladığım şikayət ərizəsinin indiyə qədər baxılıb uyğun cavab verilməsinin təmin olunmamasından gedir. 30 saylı I Suraxanı seçki dairəsində qarşılaşdığım qanun və hüquq pozuntularının tam təfsilatını, habelə MSK-ya ünvanladığım məktubların, şikayət ərizəsinin bu vaxta qədər baxılıb cavablandırılmasının təmin olunmamasının səbəbini bilmək üçün Mərkəzi Seçki Komissiyasına ünvanladığım ərizənin, məktubun, teleqramın tam mətnini və bunları sübut edən qəbzlərin foto surətini xronoloji ardıcıllıqla bu gün sizlərlə paylaşıram.
Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının sədri cənab Məzahir Pənahova
Suraxanı rayonu 30 saylı Secki Dairəsindən
Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən
namizədliyi irəli sürülmüş və namizədliyinin
irəli sürülməsi qeydə alınmış Məmməd-
oğlu Gülşən Məcid qızı tərəfindən
Ərizə
Sizə bildirirəm ki, 01 noyabr 2015- ci il tarixinə təyin edilmiş Milli Məclisə seçkilərdə iştirak etmək üçün 10.09. 2015-ci il tarixində namizədliyim Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən 30 saylı Suraxanı birinci seçki dairəsindən irəli sürüldü . 11.09.2015 -ci il tarixində namizədliyimin irəli sürülməsi haqqında ərizəni 30 saylı Dairə Seçki Komissiyasına təqdim etdim. Dairə Seçki Komissiyasının katibi uzun sorğu- sualdan sonra ərizəmin 30 saylı Suraxanı birinci seçki dairəsinə təqdim edilməsi haqqındakı arayışı mənə verdi və imza vərəqələrini götürmək üçün 15.09.2015- ci il tarixində dairəyə gələ bilərsən dedi. Mən onun dediyi kimi 15.09.2015- ci il tarixində 30 saylı Dairə Seçki Komissiyasına gəldim. Lakin, yenə də DSK-nın katibi yaxşı fikirləş sənə 17.09.2015 – ci il tarixinədək vaxt veririk, namizədliyinin irəli sürülməsi haqda ərizəni geri götürə bilərsən, biz də bunun müqabilində sənin cavanlığını nəzərə alıb səni boş qaytarmarıq dedi və beləliklə imza vərəqələrinin mənə verilməsi gecikdirildi.
Ərizəmi DSK- ya təqdim etdiyim ilk gündən qarşılaşdığım bu təklifi rədd edib qərarımın dəyişməyəcəyini bildirdim. Namizədliyimin irəli sürülməsi 16.09.2015 -ci il tarixində qeydə alınsa da seçici imzalarını toplamaq üçün 11 ədəd imza vərəqəsi mənə 17.09.2015- ci il tarixində verildi.
Mən 550 seçici imzası toplayaraq 02. 10.2015 –ci il tarixində imza vərəqələrini Dairə Seçki Komissiyasına təhvil verdim. Həmin gün imza vərəqələri ilə birlikdə tələb olunan digər müvafiq sənədləri də 30 saylı DSK -ya verdim.
Namizədlik ərizəmi təqdim etdiyim ilk gündən başlayaraq DSK- nın sədri və katibi mənim namizədlik ərizəmi geri götürüb imtina etməyimi tələb edərək əvəzində mənə maddi yardım edəcəklərini vəd etdilər. Mən isə öz növbəmdə bundan imtina edərək qərarımın dəyişmədiyini və namizədlik ərizəmin qeydə alınıb alınmaması barədə mənə DSK- nın qərarının verilməsini tələb etdim. Onlar isə mənə qarşı aqressiv mövqe tutaraq namizədliyimin qeydiyyata alınmayacağını bildirdilər və sonuncu günədək imtina etməyimi tələb edib mənə qarşı təxribat kampaniyası apardılar.
İmza vərəqələrini təqdim etdiyim tarixdən bir gün sonra 03.10.2015-c il tarixində Dairə Seçki Komissiyasının katibi məni dairəyə çağırdı və yenə də namizədliyimdən imtina etməyimi istədi və bunun müqabilində sənə “hörmət” (maddi yardım) edərik dedi. Mən isə yenə də öz növbəmdə bundan imtina etdim. 05.10.2015- ci il tarixində məni DSK-ya çağıraraq imza vərəqələrimin qeyri- qanuni yığıldığını bildirib üzərində qırmızı qələmlərlə düzəlişlər edilən imza vərəqələrini mənə göstərib külli miqdarda səhvlərin olduğunu bildirdilər və yenə də əvvəlki kimi namizədliyimdən imtina etməyimi tələb etdilər. Eyni zamanda imza vərəqələrində düzəliş edilməsi üçün Seçki Məcəlləsinə uyğun olaraq mənə 24 saat vaxt vermədilər. Onlar Seçki Məcəlləsinin 59-cu maddəsini pozaraq ekspertlərdən ibarət İşçi Qrupunun imza vərəqələrinin yoxlanılması haqqında protokol, cədvəl və rəyi mənə göstərmədilər. Bu günə qədər imza vərəqələrinin kimlər tərəfindən yoxlanıldığı məlum deyil.
08.10.2015- ci il tarixdə mənim iştirakım ilə 30 saylı DSK- da iclas keçirildi və namizədliyimin qeydə alınmayacağı barədə qərar qəbul etdilər. İclasdan sonra DSK- nın katibi yenə də namizədliyimdən imtina etməyimi istədi. Mən isə öz növbəmdə namizədliyimin qeydə alınmaması barədə qərarın mənə təqdim edilməsini istədim. Əvəzində onlar bu qərarın 24 saatdan sonra mənə veriləcəyini deyərək və o vaxta qədər yenə də imtina haqda fikirləş dedilər. Bu gün mən 09.10.2015- ci il tarixdə onların dediyi 24 saatın bitmə vaxtında DSK- ya gəlib namizədliyimin qeydə alınmaması haqda qərarın dedikləri qanuna, vaxta uyğun olaraq mənə verilməsini istədim. DSK –nın sədri katibin burda olmadığını və qərara qol çəkmədiyini deyərək qərarı yalnız mənə axşam qeyri- müəyyən bir vaxtda verə biləcəyini söylədi. Mən isə öz növbəmdə əlavə 1 saat gözləyə biləcəyimi deyib dediyim vaxt ərzində gözlədim, lakin qərarın mənə verilməsi təmin edilməyərək vaxt uzadıldı.
Sizdən xahiş edirəm ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq namizədliyimin qeydə alınması üçün təqdim etdiyim sənədləri araşdırmaq üçün xüsusi tədbir görəsiniz və namizədliyimin qeydə alınması üçün mənə köməklik edəsiniz.
İmza; Məmmədoğlu. G. M.
Tarix; 09. 10. 2015.
MƏKTUB….
Mərkəzi Seçki Komissiyasının sədri cənab Məzahir Pənahova
Suraxanı rayonu 30 saylı birinci seçki dairəsindən namizədliyi irəli sürülmüş və namizədliyinin irəli sürülməsi qeydə alınmış Məmmədoğlu Gülşən Məcid qızından
Hörmətli Məzahir müəllim!
Sizə bildirirəm ki, mən 09.10.2015-cil tarixində Mərkəzi Seçki Komissiyasına bilavasitə Sizin ünvanınıza öz şikayət ərizəmlə müraciət etmişəm. Şikayət ərizəsinin bir nüsxəsini mühafizədə dayanan növbətçi polislərə verməklə yanaşı, eyni gündə yəni 09.10.2015-ci il tarixində bir nüsxəsini də Mərkəzi Poçt vasitəsilə Sizin quruma ünvanlamışam. Buna sübut olaraq Mərkəzi Poçtun o tarixə mənə verdiyi qəbzin surətini də bu məktub vaistəsilə Sizə göndərirəm.
10.10.2015-ci il tarixində mən şikayət ərizəmin çatıb-çatmamasını dəqiqləşdirmək üçün yenidən MSK-ya gəldim. Növbətçi mühafizə işçiləri yuxarı Ümumi Şöbəyə zəng edərək sorğuma cavab istəyəndə Ümumi Şöbədən cavab verildi ki, şikayət ərizəsinin göndərildiyi məktub çatıb, onlardadır və 2 gün ərzində baxılıb cavablandırılacaq. Deyildiyi kimi 2 gündən sonra mən yenidən MSK-ya gələrək növbətçi polislər vasitəsilə Ümumi Şöbə ilə əlaqə saxladım. Ümumi Şöbədən yenə cavab verildi ki, şikayət ərizəsi burdadır, hələ baxılmayıb, yaxın günlərdə baxılacaq və cavab bildiriləcək. Lakin, müraciət etdiyim gündən yəni- 09.10.2015- ci il tarxndən 10 gün keçməsinə baxmayaraq şikayət ərizəmin baxılması və cavablandırılması MSK tərəfindən təmin edilməmişdir. Bu gün yəni- 19.10.2015-ci il tarixində mən yenidən MSK-ya gələrək yenidən növbətçi mühafizə işçiləri vasitəsilə Ümumi Şöbə ilə əlaqə yaratdım. Ümumi Şöbədən isə bu dəfə mənə tam fərqli cavab verildi. Beləki, onlar şikayət ərizəsinin onlara yetişmədiyini söyləyərək yenidən göndərilməsini istədilər.
Sizdən xahiş edirəm ki, Ümumi Şöbə tərəfindən mənə qarşı bir namizəd olaraq aparılmış bu təxribat planının açılmasında və qarşısının alınmasında mənə köməklik edəsiniz. 09.10.2015-ci il tarixində göndərdiyim , 10.10.2015-ci il tarixində Ümumi Şöbə tərəfindən artıq əllərində olduğu etiraf edilən şikayət ərizəmin tam mətnini və həmin tarixdə məktubun göndərilməsi barədə Mərkəzi Poçtun mənə verdiyi qəbzin surətini də əlavə etməklə yenidən Sizə göndərirəm.
Ədalətli mövqe sərgiləyəcəyinizə və qərar çıxaracağınıza inanıram və xahiş edirəm məktubun Sizə yetişdiyi andan 21.10.2015- ci il tarixinədək şikayət əizəmin baxılmasını və cavablandırılmasını təmin edəsiniz. Əks halda, öz vətəndaş və namizəd hüquqlarımdan istifadə edərək məsələ ilə bağlı cənab Prezidentə təcili olaraq xəbərnamə( teleqram) vaistəsilə müraciət etməli olacam.
19.10.2015- ci il.
XƏBƏRNAMƏ(TELEQRAM)
Məmmədoğlu Gülşən Məcid qızından
MSK-nın sədri cənab Məzahir Pənahova
Hörmətli Məzahir müəllim!
Sizə bildirirəm ki, 09.10.2015-ci il tarixində MSK-ya şikayət ərizəsi ilə müraciət etmişəm. Şikayət ərizəsinin 1 nüsxəsini də Mərkəzi Poçt vasitəsilə göndərmişəm və əlimdə bunu sübut edən qəbz də var. 10.10.2015- ciil tarixiində vəziyyəti öyrənmək məqsədilə MSK-ya gəldim və təkrar olaraq şikayət ərizəsinin 1 nüsxəsini nğvbətçi polslərə, 1 nüsxəsini isə poçt qutusuna saldım. Həmin gün növbətçi polislər vasitəsilə Ümumi Şöbə ilə əlaqə yaradıldı və mənə çatdırıldı ki, sizin ərizəniz artıq burdadır, 2 gün ərzində baxılacaq və cavablandırılacaq.
19.10.2015-ci il tarixinədək cavab almaq üçün bir neçə dəfə MSK-ya gəldim və hər dəfəsində də mənə Ümumi Şöbə tərəfindən eyni cavab verildi ki, şikayət ərizəziniz burdadır, ancaq hələ baxılmayıb, baxılan kimi cavablandırılacaq.
19.10.2015- ci il tarixində mən təkrar MSK-ya gəldikdə isə Ümumi Şöbə tərəfindən mənə tam fərqli cavab verildi ki, ərizəniz bura daxil olmayıb, təkrar göndərin. Ümumi Şöbə tərəfindən mənə qarşı aparılımış bu təxribat kompaniyası barədə dünən yəni- 19.10.2015-ci l tarixində Sizə şikayət ərizəsi, 09.10.2015-ci il tarixdə Mərkəzi Poçtla göndərdiyim məktubun qəbzinin surəti də daxil olmaqla Mərkəzi Poçtdan yenidən ünvanladığım məktubda ətraflı yazmışam. Bu müddət ərzində Ümumi Şöbə göndərdiyim və təqdim etdiyim şikayət ərizəsinin Sizə çatdırılmasının qarşısını almış, ərizənin üzə çıxmaması üçün əlindən gələn bütün cəhdləri edərək qanunu və hüququ pozmuşdur.
Xahiş edirəm ki, 21.10.2015-c il tarixindədək mənim Sizə ünvanladığım şikayət ərizəmin baxılması və cavablandırılması təmin edəsiniz. Əks halda, MSK tərəfindən yol verilmiş bu qanunsuzluq aktı barədə mən bir vətəndaş və namizəd hüquqlarımdan istifadə edərək ölkə Prezidentinə təcili olaraq teleqramla müraciət etməli olacam. Sözlərimin doğruluğunu təsdiq etmək üçün MSK müşahidə kameralarında 09.10.2015- ci il tarixindən başlayaraq 19.10.2015-ci il tarix daxil olmaqla müxtəlif günlərdə qalmış görüntülərim və Mərkəzi Poçt vasitəsilə Sizə ünvanladığım məktubların qəbzi bir sübutdur.
Hörmətlə; Gülşən Məmmədoğlu Məcid qızı
Tarix; 20.10.2015

Gülşən Tanrıdaş media mənsublarına müraciət etdi

Dünya Azərbaycanlıları Konqresində Mətbuat Müşaviri
VHP Mətbuat Xidmətinin əməkdaşı
İnterpress.az