Hadisə Qaraçuxur qəsəbəsində, Zaur Şərifov 24 ünvanında qeydə alınıb. Belə ki, dünəndən başlayaraq bina sakinləri arasında zəhərlənmə halları müşahidə edilib.
Ümumilikdə 70-ə yaxın adam zəhərlənib ki, onlardan da 20-dən çoxu uşaqdır. Zəhərlənənlərdən bəzilərinin vəziyyətinin orta ağır olduğu bildirilir.
Onların sözlərinə görə, binaya su verilən borular nasaz vəziyyətdədir:
\”Çirkab suları zirzəmidəki nasos vasitəsilə yenidən mənzillərə vurulub\”.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hazırda xəstəxanada 15-ə yaxın adam var.
Nazirlik onların sudan zəhərləndiyini təsdiqləyib. Xəstələrin həyatları üçün heç bir təhlükə yoxdur. ( anspress.com )
İnterpress.az