MTN-in tutulan rəis müavininin yerinə Rauf Xələfov gətirildibackend

MTN-in tutulan rəis müavininin yerinə Rauf Xələfov gətirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu vəzifəyə nazirliyin Anti-Terror Mərkəzinin şöbə rəisi Rauf Xələfov gətirilib. Təyinatla bağlı əmr bu gün verilib.

Qeyd edək ki, həbsdə olan İlqar Əliyevin barəsində bu gün məhkəmə qərarından apelyasiya şikayəti verilib. Onun şikayətinə yaxın günlərdə baxılacaq.

Xatırladaq ki, Bir neçə gün əvvəl MTN Monitorinq Mərkəzinin rəisi Teymur Quliyev, Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev, Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyev, MTN Monitorinq Mərkəzinin əməkdaşları Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov saxlanılıblar. Səbail Rayon Məhkəməsinin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilirlər. Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

MTN şefi Eldar Mahmudov isə oktyabrın 17-də, prezidentin sərəncamı ilə milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib. ( qafqazinfo.az )

İnterpress.az