Partlayışlar nəticəsində bir nəfər ölüb, 100 nəfər xəsarət alıb.
Ölən 12 yaşlı oğlan uşağı olub.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
İlkin məlumatlara görə, naməlum şəxslər məscidin içərisinə azı 5 partlayıcı qurğu atıblar. Hələlik partlayışlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
Hüquq-mühafizə orqanları iki şübhəli şəxsi saxlayıblar.
Paytaxt polisinin nümayəndəsi Asaduzamn Mia hücumun ölkədə qarışıqlıq yaratmaq məqsədilə törədildiyini bəyan edib: “Bu, sabotajdır. Aydındır ki, hücum öncədən planlaşdırılıb”, – deyə o əlavə edib.
İnterpress.az