Qəzanı törədən polis əməkdaşı olub.
Qəza Ziya Bünyadov prosopektində baş verib.
Nəsimi Rayon Polis İdarəsi Post Patrul Xidməti Bölüyünün polis serjantı 1979-cu il təvəllüdlü Müşfiq Eminov idarə etdiyi \”Mercedes E-200\” markalı 90 ZD 769 dövlət nömrə nişanlı avtomobillə piyadanı vurub.
Piyada Bakı sakini, 1991-ci il təvəllüdlü Murad Abıyev olub. Ağır yaralanan piyada 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib.
M.Abıyevə tibbi yardım göstərsələr də onun həyatını xilas etmək mümkün olmayıb. ( musavat.com )
İnterpress.az