Saat 19:30 radələrində magistral yolunun keçən hissəsində baş verən hadisə nəticəsində iki nəfər dünyasını dəyişib.
Bakıdan Yevlax istiqamətində hərəkətdə olan \”Mercedes\” markalı minik maşının sürücüsü idarə etməni itirib və yoldan çıxaraq aşıb. Qəzadan sonra avtomobildə yanğın baş verib. Yanğın nəticəsində sürücü və sərnişinlərdən biri yanaraq dünyasını dəyişib, digər sərnişin isə ərtafdakıların koməyi ilə yanğından xilas olunub. Dərhal hadisə yerindən Ağsu və Göyçaydan yanğınsöndürənlər cəlb olunub. Hələlik ölənlərin şəxsiyyəti dəqiqləşdirilməyib.
Faktla bağlı, BDYP-nin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılır. ( report.az )
İnterpress.az