Azərbaycanlını qətlə yetirən ermənilər yaxalanıbbackend

Azərbaycanlını qətlə yetirən ermənilər yaxalanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburq şəhərində milli münaqişə zəminində olan qətlin üstü açılıb.

39 yaşlı Azərbaycan vətəndaşı bu ilin sentyabrı ayından itkin düşüb. Onun itkin düşməsi haqqında həyat yoldaşı məlumat verib. Rusiya İstintaq Komitəsi qətl maddəsi ilə cinayət işi açıb.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətldə şübhəli bilinən dörd nəfər erməni saxlanılıb. Onlardan biri Ermənistan vətəndaşı olub, digərlərinin isə Rusiya vətəndaşlığı olub. Məlum olub ki, sentyabrın 14-də ermənilərlə azərbaycanlı arasında mübahisə düşüb. Ermənilər azərbaycanlını döyüblər. Daha sonra onu maşının yük yerinə qoyublar.

Onlar azərbaycanlını Moskva şossesindən 2 kilometr aralıda yerləşən Qırmızı bor qəsəbəsinə gətiriblər. Orada ermənilərdən biri azərbaycanlıya 13 bıçaq zərbəsi vuraraq öldürüb, cəsədi basdırıb, mərhumun avtomobilini isə yandırıblar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Ermənilərdən ikisi barəsində həbs-qətimkan tədbiri seçilib, ikisindən isə heç yerə getməmək barədə iltizam alınıb. ( apa )

İnterpress.az