Bakı-Sumqayıt-Bakı marşrutu ilə “Stadler Rail Group” şirkətinin istehsalı olan yüksək komfort şəraitli KİSS markalı ikimərtəbəli elektrik qatarları 12 sentyabrdan 27 oktyabra kimi 74 min 59 nəfər sərnişinə xidmət göstərib.
Bakı sərnişin stansiyasından standart vaqonlara 39 min 232, biznes sinfinə aid olan vaqonlara 1439, Sumqayıt stansiyasından standart vaqonlara 32 min 473, biznes sinfinə aid olan vaqonlara isə 915 bilet satılıb.
Xatırladaq ki, sentyabr ayının 12-də Bakı-Sumqayıt-Bakı marşrutu ilə ikimərtəbəli elektrik qatarları hərəkətə başlayıb. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti olaraq bildirir ki, gələcəkdə də sərnişinlərin tam komfortlu və təhlükəsiz mənzil başına çatdırılması istiqamətində görülən işləri davam etdiriləcək.
İnterpress.az