Daha bir yüksək vəzifəli məmurun “şah sarayı”backend

Daha bir yüksək vəzifəli məmurun “şah sarayı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azpolitika.info saytı isə Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun qəsr kimi villasının fotolarını dərc edib. Sayt yazır ki, 1972-ci il təvəllüdlü Cəbrayıl Xanlarov bu vəzifəyə agentlik yarandığı gündən – 2006-cı ildən rəhbərlik edir. Xəbərə görə, rəisin Bakının Bilgəh qəsəbəsində hazırda yaşadığı malikanənin ərazisində tikdiyi yeni – 5 mərtəbəli sarayında son təmir-tamamlama işləri görülməkdədir: “Fotodan da göründüyü kimi, bu ev deyil, heç villa da deyil – sözün əsl mənasinda şah sarayıdır! Məlumat üçün bildirək ki, Bilgəh qəsəbəsində nazir Kəmaləddin Heydərovun da villası var, amma şahidlərin bildirdiyinə görə heç bunun yarısının yarısı qədər də deyil..”.

“Şah sarayı”nın fotolarını təqdim edirik:

Daha bir yüksək vəzifəli məmurun “şah sarayı”

Daha bir yüksək vəzifəli məmurun “şah sarayı”

İnterpress.az