Qan verən 284 nəfərin qanında təhlükəli infeksiya aşkarlanıbbackend

Qan verən 284 nəfərin qanında təhlükəli infeksiya aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyinin B. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyeva APA-ya deyib ki, həmin 284 nəfərdən toplanan 128 litrə yaxın qan yandırılacaq.

Onun sözlərinə görə, Aşura günü vətəndaşlardan alınan qanlar 42 gün ərzində Mərkəzi Qan Bankında soyuducuda saxlanılacaq.

Baş həkim bildirib ki, Aşura günü tədarük olunan 2311, 2 litr qan əsas Hepatit B, Hepatit C, HİV və Sifilis infeksiyalarına qarşı yoxlanılıb: “Bu il əsas sifilis infeksiyası üstünlük təşkil edib. Sonrakı yerdə hepatitlər qərarlaşıb. 3 nəfərin qanında isə HİV tapılıb”.

P. Hacıyeva qeyd edib ki, həmin 284 nəfərin hər biri ilə yenidən əlaqə saxlanılacaq: “Bakıda yaşayanlar Bakıda, rayonlarda yaşayanlar rayonlarda yenidən müayinə olunacaqlar. İnfeksiya tam dəqiqləşdiriləndən sonra onlara infeksiya haqda ətraflı məlumat veriləcək”.

İnterpress.az