Dnepropetrovskda qəbul olunmuş “erməni soyqırımı” barədə sənəd ləğv olunubbackend

Dnepropetrovskda qəbul olunmuş “erməni soyqırımı” barədə sənəd ləğv olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dnepropetrovsk Azərbaycanlıları Konqresinin sədri Qüdrət Hacıyev APA-ya bildirib ki, şəhər meriyası sənəddən irəli gələn qərarların tətbiqinə veto qoyub və bununla qəbul edilmiş sənədin qüvvədən düşdüyünü bildirib.Q. Hacıyevin sözlərinə görə, sənədin qəbulundan sonra bütün ölkə üzrə Azərbaycan diasporunun kütləvi etirazı, vilayətdəki digər etnik xalqların da dəstək verdiyi ictimai qınaq şəhər meriyasını belə addım atmağa vadar edib: “Bu sənədin qəbulunda fəallıq göstərənşəhər meri əvəzi Qalina Bulavka Azərbaycan diasporunun haqlı basqısından sonra məcbur olub veto hüququndan istifadə etdi və sənədi ləğv etdi”.

Qeyd edək ki, həmin iclas zamanı Q. Bulavka gündəlikdəki 8 məsələyə bir yerdə səs verilməsini xahiş edib. Deputatlar təqdim olunan sənədlərə toplu halda, müzakirəsiz səs veriblər. Səsvermədən sonra Şəhər Şurasının deputatı Sergey Vorobyov qəbul olunan sənədlər arasında uydurma “erməni soyqırımı”nın tanınmasına dair sənədin də yer aldığını görüb və etirazını bildirib. Vorobyovun narazılığının kütləvi etiraza səbəb olduğunu görən Q. Bulavka tələsik iclası bağlı elan edib. Bundan sonra Azərbaycan diasporu, o cümlədən Ukrayna Millətlər Assambleyasında təmsil olunan 50-ə yaxın etnik xalqları təmsil edən təşkilatlar Ukrayna prezidentinə və Ali Radaya etiraz müraciəti edib, sənədin ləğv olunmayacağı təqdirdə Dnepropetrovska kütləvi yürüş təşkil olunacağını bildirib.

İnterpress.az