DAK-dan seçki müraciətibackend

DAK-dan seçki müraciəti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ramal Nadir oğlu Hüseynov 1981-ci ildə Bakıda şəhərində anadan olmuşdur. O, bir çoxumuzun gündəlik həyatda qarşılaşdığımız bir sıra sosial-iqtisadi problemlərlə üzləşmişdir. Bu vəziyyət onu məktəb yaşlarından yaşca böyük insanlarla çiyin-çiyinə işləməyə vadar etmişdir. Bütün sosial çətinliklərin öhdəsindən ancaq daha yaxşı təhsil almaqla gəlməyin mümkünlüyünə inandığından, daha çox çalışmışdır. Bakalavr və magistr pillələri üzrə təhsilini Qafqaz Universitetində başa vurmuşdur.

Əslində o, Salyan əhalisinə yad adam deyildir. Salyanlı olduğu üçün ailə üzvlərinin bir çoxu bu bölgədə yaşayır, bu yerlərin problemlərinə yaxından bələddir. Uzun illər müxtəlif televiziyalarda ictimai-sosial verilişlərin aparıcısı kimi fəaliyyət göstərmişdir. Bir çoxunuzun evindəki, gündəlik həyatındakı sosial, iqtisadi və hüquqi problemlərini araşdırmış və həlli yollarını göstərmişdir.

İndi o, Salyanda kəndlinin, fermerin, təsərrüfatçının, sahibkarın, tələbənin, sağlamlıq imkanları məhdud olan hər kəsin vəkili, Milli Məclisdəki səsi olmaq istəyir. Ona görə də namizədliyini 59 saylı Salyan Seçki Dairəsindən irəli sürmüş və namizəd kimi qeydiyyata alınmışdır.

R.Hüseynovun Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçiləcəyi təqdirdə, onun platforması ilə tanış olduqda, xalqımıza layiqli Millət Vəkili olacağına şübhə etmirik. R. Hüseynovun platformasına nəzər yetirək:

Respublika prezidenti cənab İlham Əliyevə ölkədə baş verən korrupsiya və rüşvətxorluğa, qudurğanlığa, talançılığa, qohumbazlığa, yerlibazlığa – bütün neqativ hallara qarşı mübarizəyə hərtərəfli dəstək vermək;
Ölkənin iqtisadi-siyasi, sosial-mədəni inkişafında gedən bütün proseslərdə ön sıralarda olmaq, bu sahələrdə qəbul edilmiş qanunların həyata keçirilməsində xüsusi fəallıq göstərmək;
Dağlıq Qarabağ və İrəvan xanlığı torpaqlarının erməni quldurlarının işğalından azad edilməsi sahəsində aparılan bütün hərbi-siyasi proseslərdə xüsusi mübarizlik göstərmək, ölkə prezidenti, Ali Baş Komandanın əmrinə müntəzir əsgər kimi həmişə ön sıralarda olmaq;
Kənd təsərrüfatı əməkçilərinin və sahibkarların sərbəst fəaliyyəti istiqamətində ölkə prezidentinin apardığı iqtisadi siyasətə dəstək olmaq, bu sahədə qəbul edilmiş qanunların həyata keçirilməsinə nail olmaq;
Dədə-baba yurdlarından məcburi qaçqın və köçkün düşmüş vətəndaşlarımızın, şəhid ailələrinə, müharibə əlillərinə və digər maddi-mənəvi köməyə ehtiyacı olan insanlara dəstək olmaq, onların həyat tərzinin yaxşılaşdırılması ilə bağlı yeni qanunların qəbul edilməsinə çalışmaq;
Əmək haqları və pensiyaların artıtılması əsasında vətəndaşların iqtisadi baxımdan yaşayış tərzinin yaxşılaşdırılması üçün müvafiq qərarların həyata keçirilməsinə çalışmaq;
Vətəndaşların gündəlik həyatında üzləşdikləri neqativ halların, o cümlədən böyük şəhərlərdə rəhmətə gedənlərin dəfn edilməsi üçün ayrılan torpağın satın alınması, yas mərasimlərinin dəbdəbəli, təntənəli formada keçirilməsinə və bu kimi mərasimlərə rəvac verənlərə qarşı daim mübarizə aparmaq, bu qəbildən olan məsələlərin qanun çərçivəsinə salınmasına çalışmaq;
Müqəddəs dini ocaqlara hər il “ziyarətə” gedən alverçi zəvvarlara, bu müqəddəs ocağı bazar yoluna çevirən insanlara, “din xadimlərinə” qarşı daim mübarizə aparmaq və bu kimi məsələlərə dair müvafiq qanunların qəbul edilməsinə çalışmaq;
Ermənilər tərəfindən azərbaycanlılara qarşı tarixin müxtəlif dövrlərində törədilmiş soyqırımları ifadə edən ümumi Anım abidəsinin ucaldılmasına nail olmaq, onun xalqımızın və xarici qonaqların ziyarətgahına çevrilməsi yolunda xüsusi fəaliyyət göstərmək;
Bakı şəhərində ucaldılmış dünyanın ən yüksək bayraqlarından biri olan “Azərbaycan bayrağı” abidəsinin fəxri qaravulla mühafizə edilməsinə və meydanın şərəf simvoluna çevrilməsi yolunda müxtəlif tədbirlərin keçirilməsinə nail olmaq;
Azərbaycan ədəbi dilinin qorunması və saflığına riayət edilməsi yolunda daim mübarizə aparmaq, KİV-də, xüsusən mətbuatda radio–televiziyalarda, sosial şəbəkələrdə, reklam agentliklərində ana dilimizə yabançı münasibət bəsləyənlərə qarşı ən ciddi tədbirlərin görülməsinə çalışmaq.

Hörmətli seçicilər, 59 saylı Salyan Seçki Dairəsindən layiqli deputat olmağa hazır olan Ramal Hüseynovun səsinə səs versəniz, onu Millət Vəkili seçsəniz, gündəlik problemlərinizin həllinə səs verməli olursunuz.

İnterpress.az