Öldürülən qızın qohumları “morq”a hücum etdibackend

Öldürülən qızın qohumları “morq”a hücum etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumatı virtualaz.org-a Nizami Rayon Polis İdarəsindən veriblər.

Qohumları tələb ediblər ki, mərhumə İlahə Yusubovanın meyiti yarılmasın. Lakin onlar bununla da kifayətlənməyiblər. Şöbənin əməkdaşlarına hücum edərək meyitin onlara verilməsini tələb ediblər. İnsident zamanı şöbənin şüşəsi sındırılıb, əməkdaşlardan birinə xəsarət yetirilib.

İdarədən o da bildirilib ki, buna baxmayaraq, cinayətin ağırlığı nəzərə alınaraq meyit yarılacaq və zəruri ekspertiza aparılacaq. Buna görə də şöbə əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün ərazi polis tərəfindən ciddi mühafizə altına alınıb.

İnterpress.az