Uşaqlara bu adların qoyulmasının qarşısı alınıbbackend

Uşaqlara bu adların qoyulmasının qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu APA-ya açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

O bildirib ki, “ASAN Xidmət” mərkəzlərindən daxil olan müraciətlər zamanı valideynlərin yeni doğulan körpələrinə “İngilis”, “Frunze”, “Nyuton”, “Qaliley” adları qoymaq istədikləri məlum olub: “Tərəfimizdən bu adlara qəti qadağa qoyuldu.”

S. Sadıqova əlavə edib ki, son vaxtlar dilimizə yad olan, əsasən alınma olan 200-ə yaxın ad ləğv olunub.

Sədr müavini qeyd edib ki, adlarla bağlı ayrıca lüğətin hazırlanmasına ehtiyac var: “Adlar lüğətinin olması çox yaxşı olardı, qeydiyyat şöbələrinin də işi asanlaşardı”.

İnterpress.az