Rusiya mafiyasının liderlərindən hesab edilən Laşa Rustavski ləqəbli avtoritet Laşa Şuşanaşvili Yunanıstandan Rusiyaya dönüş edib.
Qeyd edilir ki, bir vaxtlar məhz ona görə avtoritet Ded Xasanın ölümü ilə nəticələnən “kriminal müharibə” başlamışdı.
Gəlişi ilə bağlı anons verməsə də Laşa artıq kriminal aləmin bəzi üzvləri ilə görüşüb.
Hələ 2008-ci ildə Rusiya Federal Miqrasiya Xidməti Şuşanaşvilinin ölkəyə girişinə 5 illik qadağa qoymuşdu. Bunu avtoritetin ölkənin müdafiə sisteminə real təhlükə yaratması ilə əsaslandırmışdı. ( qafqazinfo.az )
İnterpress.az