Sərnişin təyyarəsi radardan itdi – YENİLƏNİBbackend

Sərnişin təyyarəsi radardan itdi – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyaya məxsus \”Airbus-321\” təyyarəsinin qəzaya uğraması nəticəsində 217 sərnişin və 7 heyət üzvü həlak olub.

***

Göyərtəsində 224 nəfər olan Rusiyaya məxsus təyyarə qəzaya uğrayıb.

Rusiyanın Airbus-321 layneri öncə radardan itib.

Əldə olunan məlumata əsasən, göyərtəsində 217 sərnişin və 7 nəfər heyət üzvü olan təyyarə qəzaya uğrayıb. Qəzanın təxminən Misirin Sinay yarımadasının mərkəzi hissəsində baş verdiyi ehtimal edilir.

Misirin Baş naziri İsmayıl Şərif 224 nəfər sərnişini olan Airbus 321 təyyarəsinin qəzaya uğradığını təsdiqləyib.

Baş nazir həmçinin bu məsələylə bağlı xüsusi komitənin yaradıldığını qeyd edib. Hazırda o, qəzanın aradan qaldırılması ilə məşğul olan qrupların rəhbərləriylə danışıqlar aparır.

***

Hadisə təyyarənin havaya qalxmasından 23 dəqiqə sonra baş verib. Airbus şirkətinə məxsus təyyarədə 217 sərnişin və yeddi ekipaj üzvü olub.

Təyyarənin qalıqlarının Misirdə yerləşən Sinay adasına düşdüyü bildirilir. Hazırda qəza baş verən əraziyə təcili yardım və fövqəladə xidmətiin əməkdaşları cəlb edilib.

Lakin Misir rəsmi olaraq təyyarənin qəzaya düşmədiyini və Türkiyəyə doğru uçduğunu bildirib.

Misir baş naziri isə baş verənlərlə bağlı situasiyaya nəzarət etmək üçün bütün görüşlərini təxirə salıb.

İnterpress.az