Bu barədə “Azəryolservis” ASC məlumat yayıb. Məlumata görə, nəqliyyat vasitələrinin hərəkətinin tam olaraq məhdudlaşdırılması Mikayıl Əliyev küçəsinin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında olan hissəsində aparılacaq. Həmin kəsişmələrdə yerləşən dairələrdə nəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir məhdudiyyət olmayacaq.
Təmir-tikinti işlərinin aparıldığı hissənin uzunluğu 1375 metr, eni isə 26,5 metrdir.
Təmir-tikinti işləri çərçivəsində küçənin 36500 kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyü döşənəcək və yolun işıqlandırılması üçün hər iki tərəfdə yeni və müasir işıq dirəkləri quraşdırılacaq.
Qeyd edək ki, sözügedən ərazidə təmir-tikinti işləri Prezident İlham Əliyevin tapşırığına əsasən, Bakı şəhərində nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə aparılır.
İnterpress.az