Nazir ciddi kadr dəyişikliyi etdibackend

Nazir ciddi kadr dəyişikliyi etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vergilər naziri Fazil Məmmədovun əmri ilə Vergilər Nazirliyinin bir sıra struktur vahidlərinin rəhbərliyində kadr dəyişiklikləri aparılıb.

Bakı Vergilər Departamentinin rəisi, 3-cü dərəcəli dövlət vergi müşaviri Habil Məmmədov Nazirliyin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi, vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri, 3-cü dərəcəli dövlət vergi müşaviri İlqar Əhmədov Bakı Vergilər Departamentinin rəisi, vergilər nazirinin müşaviri, 3-cü dərəcəli dövlət vergi müşaviri Zaur Fətizadə Bakı Vergilər Departamenti rəisinin 1-ci müavini, İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi, baş vergi xidməti müşaviri İlkin Vəliyev Bakı Vergilər Departamenti rəisinin müavini, Bakı Vergilər Departamentinin rəisinin 1-ci müavini, baş vergi xidməti müşaviri Raqif Qurbanov Bakı Vergilər Departamenti rəisinin müavini vəzifələrinə keçiriliblər.

İnterpress.az