Razi Nurullayev seçkiləri tənqid etdibackend

Razi Nurullayev seçkiləri tənqid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyasətçi dünən keçirilən seçkiləri Azərbaycan dövlətçiliyi və xalqı üçün itirilmiş imkan kimi dəyərləndirib:

“Çox əfsuslar ki, bu imkan da qaçırıldı və seçki tariximizə daha bir təyinatlı və əksəriyyətin iradəsini əks etdirməyən siyasi şou daxil oldu.

Bu il bir gün belə seçki abi-havası hiss edilmədi. Həm də bu seçki bütün illərdə keçirilən seçkilərdən ən passivi oldu. Ölkədəki siyasi şəraitdən narazı olan əksər siyasi müxalif partiyalar seçkini boykot etdi. Elə bu da imkan verdi ki, YAP istədiyi şəkildə seçki təyinatı etsin.

Bir daha şahidlik etdik ki, YAP Azərbaycana demokratiya gətirmək və normal seçki keçirmək iqtidarında deyil. YAP uzurpatordur və ölkədə müsbət dəyişiklik üçün onun siyasi həyatımızdan çəkilməsi vacibdir.

Eyni zamanda, şahidlik etdik ki, ölkədə mövcud siyasi müxalifət qüvvələr də bacarıqsız, səbatsız, plansız və xalqın dəstəyindən məhrum olanlardır. Onlar da müxalif səhnənin uzurpatorlarıdır. Onilliklər boyu siyasi səhnədə nəticə əldə etməyənlər bir nəfər kimi arxivə gömülməlidir və biz bunu bacaracağıq.

2016-cı ilin siyasi gündəmi, siyasi prosesləri və bundan sonra keçirilən seçkilərin taleyini biz həll etməyə çalışacağıq. Bəyan edirəm ki, bizim bu ilki seçki məğlubiyyətində məsuliyyətimiz yoxdur. Amma, gələn ildən başlayaraq bütün siyasi məsuliyyəti üzərimizə götürmək və proseslərin önündə getmək niyyətindəyik.

Azərbaycanın gələcəyini quracaq yeni insanlara ehtiyac var və bu şəxsləri qüvvələrimizi birləşdirməyə çağırıram”.

İnterpress.az