Prezident daha bir sərəncam imzaladıbackend

Prezident daha bir sərəncam imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1397-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

Bundan əlavə Prezident “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edib:

“Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 386; 2002-ci il, № 8, maddə 465; 2011-ci il, № 6, maddə 481) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci maddəyə “olmadıqda” sözündən sonra “və ya müvafiq müqavilə ilə tənzimlənməyən məsələlər üzrə həmin müqaviləyə zidd olmayan hissədə” sözləri əlavə edilsin.

2. 3-cü maddə üzrə:

2.1. 3.1.5-ci maddədə “çıxarıldıqda” sözü “və ya cinayət təqibinə xitam verilməsi haqqında qərar olduqda” sözləri ilə əvəz edilsin;

2.2. 3.1.8-ci maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.1.9-cu maddə əlavə edilsin:

“3.1.9. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə müvafiq olaraq cinayət xüsusi ittiham qaydasında (zərər çəkmiş şəxsin şikayəti əsasında) təqib edildiyi halda.”;

2.3. 3.2.3-cü maddədə “məruz qalmasını” sözlərindən sonra “və ya ədalətli məhkəməyə olan hüququnun kobud surətdə pozulmasını” sözləri əlavə edilsin.

2.4. 3.2.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

“3.2.7. sorğu edən xarici dövlətin qanunvericiliyinə əsasən şəxsin verilməsinə əsas olan cinayət üzrə dəyişdirilməz ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda.”.

3. 6-cı maddə üzrə:

3.1. 6.1-ci maddədə “Respublikası cinayət-prosessual qanunvericiliyinə” sözləri “Respublikasının Cinayət-Prosessual Məcəlləsinə” sözləri ilə əvəz edilsin;

3.2. aşağıdakı məzmunda 6.4-cü maddə əlavə edilsin:

“6.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmədikdə, şəxsin verilməsi üçün həbsdə saxlanılma müddəti və həbsdə saxlanılma müddətinin uzadıldığı müddət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilir.”.

4. 7-ci maddə üzrə:

4.1. maddənin adına “şəxsin” sözündən sonra “tutulması və” sözləri əlavə edilsin;

4.2. 7.1-ci maddədə “axtarışı” sözündən sonra “, tutulması” sözü əlavə edilsin, “cinayət-prosessual qanunvericiliyi” sözləri “Cinayət-Prosessual Məcəlləsi” sözləri ilə əvəz edilsin;

4.3. 7.2-ci maddədə “şəxsin” sözündən sonra “tutulması,” sözü əlavə edilsin;

4.4. 7.3-cü maddədə “həbsə alınması və ya həbsə alınmasından” sözləri “tutulması, həbsə alınması və ya bundan” sözləri ilə əvəz edilsin.

5. 8.2-ci maddədə “cinayət-prosessual qanunvericiliyi” sözləri “Cinayət-Prosessual Məcəlləsi” sözləri ilə əvəz edilsin”.

İnterpress.az