İqbal Ağazadə şikayət edəcəkbackend

İqbal Ağazadə şikayət edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu AzNews.az-a açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

Onun sözlərinə görə, bu dəqiqələrə kimi sözü gedən seçki dairəsinin sədri ona parlament seçkilərinin nəticələrinə dair protokolları təqdim etməyib: “Nə dairə protokol verir, nə də Mərkəzi Seçki Komissiyası öz saytında nəticəni elan edir. Bizdən başqa bütün dairələrin nəticələrini elan edən rəsmi protokollar var. Bu yoxdursa, Araz Əlizadə nəyin əsasında qalib olduğu elan edilib?”

İ.Ağazadə bütün seçkilərdə seçicilərinin səsi sayəsində millət vəkili olduğunu vurğulayıb: “Bu dəfə də seçicilərim mənə etimad göstərib. Sadəcə, görünür, kimlərinsə marağında olub ki, nəticələr mənim əleyhimə olsun. O maraqları da gerçəkləşdirdilər”.

İnterpress.az