Bu sözləri bəstəkar-müğənni Elza Seyidcahan musavat.com-a açıqlamasında bildirib. Bundan öncə 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən namizəd olan müğənni seçkilər zamanı səsvermənin saxtalaşdırıldığı barədə mətbut konfransı keçirəcəyini bildirib:
“Konfransda səsvermə zamanı bizə edilən rüşvət təklifindən tutmuş bütün biabırçı hallar barəsində danışacam. Hörmətli mətbuat nümayəndələri, sizi noyabrın 4-də Siyəzən şəhərində, qərargahımda keçirəcəyim mətbuat konfransına dəvət edirəm”.
Elza Seyidcahan seçki saxtakarlığı ilə bağlı musavat.com-a video da təqdim edib. Müğənninin dediyinə görə video 54 saylı Şabran-Siyəzən seçki dairəsinin 21 saylı məntəqəsində (Uzunboyat kənd orta məktəbi) lentə alınıb. Videoda seçici açıq-aşkar hər kəsin gözü qarşısında seçki qutusuna topa bülleten atır, məntəqə nümayəndələri isə bu saxtakarlığa göz yumur.
Qeyd edək ki, Milli Məclisə keçirilən V çağırış seçkilərin ilkin nəticələrinə görə, adı çəkilən dairə üzrə lider namizəd 71, 2 faiz səs toplayan Tahir Süleymanovdur.
İnterpress.az