Vəkil Elçin Sadıqov “Amerikanın Səsi”nə deyib ki, Arif Yunus noyabrın 3-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
“O, 3-cü dərəcəli hipertoniya xəstəliyindən əziyyət çəkir. Almaniyalı həkim Kristian Vittin tələbi ilə o, müalicə müəssisəsinə köçürülüb. Hazırda təzyiqi 200-dən aşağı enmir”, – deyə o, qeyd edib.
Arif Yunus 2014-cü il avqustun 5-də həbs edilib. Bundan öncə onun həyat yoldaşı, hüquq müdafiəçisi Leyla Yunus həbs edilib. Onlar Ermənistanın xeyrinə casusluqda ittiham olunublar. Sonradan Yunuslara qarşı iqtisadi ittihamlar irəli sürülüb, dövlətə xəyanət ittihamı ayrı icaata yönəldilib.
Leyal Yunus 8.5, Arif Yunus 7 il həbsə məhkum edilib.
İnterpress.az