Dollar bahalaşıb, avro ucuzlaşıbbackend

Dollar bahalaşıb, avro ucuzlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 4-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 3-ü ilə müqayisədə 0,0004 manat və ya 0,4% artaraq 1,0495 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0066 manat və ya 0,57% azalaraq 1,1492 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,82% artaraq 0,0168 manat səviyyəsində qərarlaşıb.

İnterpress.az