Seçki Məcəlləsinə əsasən DSK-lar seçki dairələri üzrə seçkilərin nəticələrinin müəyyən olunması, DSK-ların protokollarının tərtib edilməsi və protokolların 1-ci nüsxələrinin onlara əlavə edilmiş sənədlərlə birlikdə MSK-ya təqdim olunması prosesini səsvermə günündən ən geci 2 gün keçənədək başa çatdırmalıdırlar.
Milli Məclisə seçkilərlə əlaqədar DSK-lar bu prosesi noyabrın 3-dən gec olmayaraq, səsvermə günündən sonra 48 saat ərzində başa çatdırıblar.
İnterpress.az