“Aztelekom”un baş mühasibinin həbs xəbəri təsdiqləndibackend

“Aztelekom”un baş mühasibinin həbs xəbəri təsdiqləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş mühasib haqqında məhkəmə prosesi dünən qapalı şəkildə keçirilib: “Prosesə hakim Mirheydər Zeynalov sədrlik edib. Qapalı şəkildə keçirilən iclasda hakimin qərarı ilə onun haqda ilkin olaraq 3 aylıq həbsqətimkan tədbiri seçilib. İclasda müdafiə tərəfinin nümayəndələri də iştirak edib”.

Xatırladaq ki, \”Aztelekom\” MMC məsələ ilə bağlı AzNews.az-a verdikləri məlumatda baş mühasibin həbs xəbərini təkzib etmişdi.

Qeyd edək ki, baş mühasibin tutulması əməliyyatı dünən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Oqtay Rüstəmov bundan əvvəl Ağdaş və Göyçay Telekommunikasiya Qovşağında sədr vəzifəsində də çalışıb. ( aznews.az )

İnterpress.az