Madrid “Real”ının forvardı \”Lion\”un şərəfini qoruyan həmyerlisi Matye Valbuenanı şantaj etməkdə təqsirləndirilir.
Benzema millidə çiyin-çiyinə çıxış etdiyi Valbuenanı intim məzmunlu video ilə şantaj etməkdə təqsirləndirilir. Ulduz futbolçu polis şöbəsində dindiriləcək.
Qeyd edək ki, yerli polis eyni səbəbdən oktyabrın 13-də Fransa millisinin digər hücumçusu Cibrill Sisse və adları açıqlanmayan daha 3 nəfəri həbs etmişdi. Lakin şantaj məsələsində Sissenin rolu az olduğundan, o, tezliklə sərbəst buraxılmışdı.
İnterpress.az