“Azadlıq-2015” seçkinin nəticələrini tanımırbackend

“Azadlıq-2015” seçkinin nəticələrini tanımır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tədbirdə blokun təsisçiləri olan partiyaların rəhbərləri iştirak ediblər.

KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib ki, xarici və daxili faktorları nəzərə alaraq, bu seçkidə iştirak ediblər: “Bizim üçün dövlətçilik əsasdır”.

“Azadlıq-2015” seçki blokunun seçki qərargahının rəhbəri Bəybala Əbil seçki ilə bağlı qurumun rəyini açıqlayıb: “Blok 72 namizəd ürəli sürüb. Onlardan 19-u qeydə alınıb. Bir nəfər də məhkəmə vasitəsi ilə qeydə alınıb. Seçki prosesində çox sayda qanunsuzluqlar baş verdi. Namizədlərə, qohumlarına təzyiqlər oldu, buna baxmayaraq, namizədlərimiz seçkidə iştirakla bağlı cəhd göstərdilər. Blokun namizədi qeydə alınmayan 11 dairədən şikayəti oldu, biri qeydə alındı. Görünən odur ki, hakimiyyət demokratiyadan kənar, saxtakarlığın olduğu seçkinin keçirilməsinə cəhd göstərdi və daha kəskin şəkildə bu işi həyata keçirdi. Namizədlərin faktiki olaraq təşviqat apamaq imkanları yoxdur. Elə bir şərait yaradıblar ki, seçici ilə görüşməyə imkan vermirlər. Ancaq namizədlərimiz mübarizələrini apardılar, bir daha göstərdilər ki, Azərbaycanda seçki deyilən bir şey yoxdur. Seçki günü məntəqələr karbonlaşdırılmış protokolları kənarda yazdılar. Saxtakarlıq üçün çox mükəmməl bir mexanizm hazırlanmışdı. Namizədlərə qarşı, saxtakarlıq üçün, seçiciyə təzyiq üçün mükəmməl mexanizm hazırlanmışdı. Ancaq bununla belə, seçkidə iştirak çox vacib idi. Ən azı, ölkədəki vəziyyəti göstərdi. Bu barışıq addımı hakimiyyət tərəfindən normal qarşılanmadı. ( musavat.com )

İnterpress.az