Naftalan şəhərində regional vətəndaş forumu keçirilibbackend

Naftalan şəhərində regional vətəndaş forumu keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fondun ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, tədbirdə Naftalandan və Goranboy, Xocalı, Tərtər, Bərdə rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar iştirak ediblər.
Diskussiya şəraitində davam etdirilən forumda fondun şöbə müdiri Famil Qədimov iştirakçıları maraqlandıran çoxsaylı suallara aydınlıq gətirərək qeyd edib ki, Azərbaycanda “elektron hökümət”in formalaşdırılmasına ciddi diqqət yetirilir və bu, məmur-vətəndaş münasibətlərinin informasiya texnologiyaları vasitələrindən istifadə etməklə sadələşdirilməsinə, şəffaflaşdırılmasına xidmət edir. DSMF-də vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində cari ilin 10 ayı ərzində fondun aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28% azalıb.
Cari ilin yanvar-oktyabr ayları üzrə operativ məlumata əsasən, fondunun öz saytı, “Elektron hökümət” portalı və “Hökumət Ödəniş Portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2,2 mln.dan çox istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 2 dəfə çoxdur.
F.Qədimov vətəndaşların müraciətlərinə elektron qaydada baxılmasının üç istiqamət üzrə – Fondun saytında yerləşdirilmiş sual-cavab bölməsi, vətəndaşlar tərəfindən Fondun saytında birbaşa ünvanlanan məktub və 190 nömrəli “Çağrı Mərkəzi” vasitəsi ilə reallaşdırıldığını diqqətə çatdırıb: “Son təkmilləşdirilmə tədbirləri nəticəsində fondun “Çağrı Mərkəzi” aprel ayından xüsusi avadanlıqla və avtomatlaşdırılmış sistemlə təchiz olunmuş müasir əsaslı yeni xidmət zalında fəaliyyət göstərir. Çoxkanallı avadanlıqlarla təchiz olunmuş “Çağrı Mərkəzi” ilə ölkə ərazisində bütün sabit və mobil telekommunikasiya şəbəkələrindən birbaşa əlaqə saxlamaq mümkündür. Fondun “Çağrı Mərkəzi” universal telefon məlumat xidmətinə inteqrasiya olunub və hazırda bu məlumat xidməti üzərindən zəng vuran sahibkarlara məcburi dövlət sosial sığortası və elektron xidmət bölmələri üzrə telefon məlumat xidməti göstərilməsi həyata keçirilir.”
Forumda o da diqqətə çatdırılıb ki, sığorta-pensiya sisteminin yeni inkişaf mərhələsində prioritet hədəflər “2014-2020-ci illərdə pensiya təminatı islahatı konsepsiyası”nın çərçivəsində müəyyən olunub. Bu konsepsiya ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olunması məqsədi daşıyır.
Fondun əməkdaşı Azəri Məmmədov təqdimatla çıxış edərək, tədbir iştirakçılarını DSMF-nin göstərdiyi elektron xidmətlər, eləcə də məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin təyin edilməsi, hesablanması və ödənilməsi ilə bağlı şərt və qaydalar, müavinətlərin təyin olunması üçün zəruri sənədlər, qanunvericilikdə müəyyən edilmiş tələblər barədə ətraflı məlumatlandırıb.
Fondunun digər əməkdaşı Elnur İbrahimovun DSMF-nin fəaliyyət istiqamətləri barədə çıxışından sonra diskussiyalarla davam etdirilən “Açıq qapı günü” – regional vətəndaş forumunda iştirakçıların mövzu ilə bağlı əlavə sualları cavablandırılıb, təklifləri müzakirə olunub.

İnterpress.az