Güney Azərbaycan qəzəbləndibackend

Güney Azərbaycan qəzəbləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın “kanal 2” televiziyasında yayımlanan “Fitilə” proqramı –hansıki türkləri inanılmaz şəkildə təhqir edib- Azərbaycan türklərini növbəti dəfə kütləvi etirazlara vadar edib. Soydaşlarımız sosial şəbəkələr və müxtəlif şəhərlərdə Bildiri yayaraq əhalini fars irqçiliyinə qarşı kütləvi etirazlara dəvət edir.

Yığıccaqların yeri və zamanı:

Zaman: Noyabrın 9-u yerli vaxtla 16:00

Təbriz: Saat meydanı – Rasta küçədən Valiliyə qədər –Abrəsan

Zəncan: Səbzə meydanı

Ərdəbil: Şəriəti meydanı

Ərdəbil: Ətayi meydanı

Qəzvin: Səbzə meydanı

Astara: Qomnam Şohəda Fələkəsi

Qeyd edək ki, cümə günü “Kanal 2”-nin “2 Fitilə” proqramında azərbaycanlılar inanılmaz şəkildə təhqir edilib. Belə ki, proqramın “Hotel Fitilə” adlanan hissəsində hoteli pis iyisinə görə tərk etmək istəyən azərbaycanlı ata və oğulun saxta dastanı təsvir edilir. Təhqiramiz dastanda diş fırçası əvəzinə tualet fırçasından istifadə edən azərbaycanlı oğlan –hansıki özü pis iyinin mənşəidir- atası ilə birlikdə hoteldə pis iyinin olmasına etiraz edir və sonda anlayırlar ki, elə bu iyinin mənşəyi onların özüdür.

İnterpress.az