Nasazlıq \”Stadler\” markalı 6008 nömrəli qatarda baş verib. Belə ki, Sumqayıtdan-Bakıya gedən 8:45 qatarı Biləcəri stansiyasında dayanmalı olub. Biləcəri stansiyasına çatarkən cərəyan qəbuledicisində nasazlıq yarandığından qatarın hərəkəti dayandırılıb.
Qatara əlavə lokomativ qoşularaq hərəkət etdirilib. Qatar Bakıya gecikmə ilə 9:20-də çatıb.
***
Bakı-Sumqayit qatarının hərəkətində fasilə yaranıb.
Bunu Trend-ə təsdiqləyən \”Azərbaycan Dəmir Yolları\” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov qeyd edib ki, qatarın hərəkətində yaranan 10 dəqiqəlik fasilə aradan qaldırılıb və sərnişinlər mənzil başına çatdırılıb. Qurum rəsmisi yaranmış problemin səbəbini belə izah edib:
“Sumqayıtdan-Bakıya gedən 8:45 qatarında elektrikdə gərginlik yaranıb və qatar Biləcəri stansiyasında dayanmalı olub. Amma sonradan nasazlıq aradan qaldırılıb. Hazırda qatarlar öz qrafikləri ilə hərəkətlərini davam etdirirlər”.
İnterpress