Interpress.az xəbər verir ki, Ankaranın siyasət dəhlizlərində MHP-də sürpriz bir dəyişilik baş verəcəyi danışılır. Ümumiyyətlə sədrlik mandatı üçün ilk olaraq Meral Akşənər və Sinan Oğanın adı ön plana çıxsa da, bu iki adı mümkün qədər partiyadan uzaq tutmaq niyyətində olan Dövlət Bağçalı, yerinə Qazi Universitetinin bir professorunu hazırladığı partiya təşkilatlarında danışılır.
PARTİYA DAXİLİNDƏ BÖYÜK NARAHATLIQ
Türkiyədə 7 İyunda keçirilən Parlament seçkilərində cəmi 16 faiz səs toplayan Millətçi Hərəkat Partiyasının son günlər düşdüyü siyasi böhran, partiya daxilində böyük narazılığa səbəb olmuşdu. Partiya o gündən etibarən səs itkisinə məruz qaldı və 1 Noyabr axşamı ortaya çıxan seçki cədvəlində səs nisbəti olaraq 3-ci partiya, deputat sayı baxımından isə Böyük Millət Məclisində 4-ci partiya kimi qərar tutdu. Bu vəziyyət partiya təşkilatlarında narazılıqla qarşılanıb və ötən həftə MHP-də 10-dan çox təşkilat başçısı Bağçalının rəhbərliyinə etiraz olaraq partiyasından istefa verdiyini açıqlayıb.
İnterpress.az