Kürdlərə silah daşıyan təyyarələrə uçuş qadağasıbackend

Kürdlərə silah daşıyan təyyarələrə uçuş qadağası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Əl-Cəzirə\” kanalına istinadən xəbər verir ki, İraq Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada: \”İraq Silahlı Qüvvələr Komandanlığının əmri ilə, Kürdlərə qanunsuz olaraq silah daşıyan iki təyyarə Bağdad Beynəlxalq Hava Limanında bir neçə gün saxlandıqdan sonra deportasiya edilərək bütün yükləri ilə birlikdə Küveyt və Türkiyədəki bazalarına geri göndərilib\” deyildi. İraq hökuməti bir neçə gün əvvəl ABŞ rəhbərliyindəki iki koalisiya ölkəsinə məxsus təyyarənin Bağdadı məlumatlandırmadan və Bağdadla əməkdaşlıq etmədən Kürdlərə silah daşıdığı üçün saxlandığını bildirmişdi. İraq Parlamenti Təhlükəsizlik və Müdafiə Komitəsinin Sədri Hakim əl-Zameli də: \”Bağdad Beynəlxalq Hava Limanındakı Araşdırma komitəsi, çox sayda səs boğucu tüfənglə yüngül və orta ölçüdə silah ələ keçirib\” dedi.

İnterpress.az