İnterpress.az xəbər verir ki, Noyabrın 9-u İranın Ərdəbil əyalətinin Meşkinşəhr (Xiyav) şəhərində etirazçılardan Aydın Zakiri tutularkən polis və təhlükəsizlik qüvvələrinin zorakılığına məruz qalaraq vəhşicəsinə döyülüb. “GAMAC” təşkilatının yaydığı məlumata görə, fars rassizm və irqçiliyiınə qarşı keçirilən dinc aksiyada, “ETTELAAT” və polisin 10-a yaxın yaraqlı əməkdaşı şəhərin “Orta çarrah” məntəqəsində tanınmış azərbaycanlı fəal Aydın Zakiriyə hücum edərək onu tutublar. Hökumət qüvvələri dinc fəalı tutarkən, onu yerə uzadıb dəyənək, təpik və yumruqla vəhşicəsinə döyəndən sonra maşına mindirib naməlum istiqamətə aparıblar. Fəalın hazırda harada saxlanıldığı və onun konkret nədə günahlandırıldığı bilinmir. Həmin gün daha 2 azərbaycanlı fəal, Şahin Nobəxt Mekinşəhrdə, Murtuza Nodrəti isə Ərdəbildə təhlükəsizlik qüvvələri tərəfindən tutularaq naməlum istiqamətə aparılıb. Xatırladaq ki, bir neçə gün əvvəl İranın dövlət televiziyasından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türklərinin iyrənc şəkildə təhqir olunmasına etiraz olaraq noyabrın 9-da Güney Azərbaycanın müxtəlif şəhərlərində, hakim fars şovinizm və faşizminə qarşı kütləvi aksiyalar keçirilib. Keçirilən aksiya və yürüşlərdə yüzlərlə nəfər tutulub, bir neçə nəfər polis zorakılığına məruz, qalaraq yaralanıb, bir gənc isə həyatını itirib. Meşkinşəhrdə isə hazırda durumun ağır olduğu, silahlı polis və təhlükəsizlik qüvvələrinin şəhərin iri küçə və meydanlarında vəziyyətə nəzarət etdiyi bildirilir.
Interpress