Güneyli vali soydaşlartımızı sakitliyə səslədi.backend

Güneyli vali soydaşlartımızı sakitliyə səslədi.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Güneyli mənbələrə istinad edərək xəbər verir ki, İranın “kanal 2” televiziyasında Azərbaycan türk millətinə qarşı yayılan təhqiramiz proqram kəskin etirazlara səbəb olub. Artıq sosial şəbəkələrdə və müxtəlif qurumlar tərəfindən müzakirə edilən etiraz formaları rəsmiləri hərəkətə keçirib. Şərqi Azərbaycan valisi İran Telekanalının (səda və sima) yaydığı proqramdan təəssüfləndiyini bildirərək artıq mövzu ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunduğunu bildirib. İsmail Cabbarzadə Teleradio Şirkətinin məsələ ilə bağlı araşdırma aparacağı və nəticədə günahkarların cəzalandırılacağına ümid etdiyini bildirib. Vali vurğulayıb ki, Daxili İşlər naziri Rəhmani Fəzlinin vasitəsi ilə bu məsələnin sonuna qədər gediləcək, əhalini isə sakitliyi qorumağa çağırırıq.

İnterpress.az