5 manata satılan Qarabağ Tarixibackend

5 manata satılan Qarabağ Tarixi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-a şikayət edən valideyinin övladı paytaxtdakı orta məktəblərdən birində təhsil alır. Valideyin deyir ki, 8-ci sinifdə oxuyan qızına məktəbdə “Qarabağ tarixi” dərsliyini almaq tapşırılıb. Kitab paytaxtın müxtəlif kitab mağazalarında satılır, qiyməti 5 manatdır. Həftədə bir dəfə keçirilən bu dərslik şagirdlərə pulla satılır.
Ən dəhşətlisi odur ki, bu gün həbs edilən məmurların sərvətlərini açıqlayanda ağlasığmaz rəqəmlərin şahidi oluruq. Bu sərvət dövlət büdcəsindən layihələrə ayrılan vəsaitin oğurlanması ilə yığılır.
Bəs niyə Qarabağın tarixini öyrədən dərsliyi orta məktəblərə pulsuz verilmir? Nəyə görə uğrunda qanımız axıdılan, bu gün erməni tapdağında olan Qarabağımızın taleyinə bu qədər biganə yanaşırlar?
Suallarla təhsil nazirliyinin mətbuat xidmətinə müraciət etdik. Amma sualımız cavabsız qaldı. Nazirliyin mətbuat xidməti “vacib görüşdə” idi.

Arzu Abdulla
interpress