Qırmızı vərəqənin qeydə alınmadığı turda yalnız bir klub cəzalanıb. AZAL-la görüşdə 4 oyunçusu sarı vərəqə alan “Kəpəz” 1000 manat cərimə olunub.
“İnter”lə matçda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan “Qəbələ”ni də eyni cərimə gözləsə də, bu baş verməyib. Belə ki, oyun dünən keçirildiyindən komitə bu matçla bağlı qərarı növbəti yığıncağında verməyi məqsədəuyğun sayıb. (apa)
Interpress