İnterpress.az \”TASS Agentliyinə\” istinadən xəbər verir ki, Moran II İqnatius Efrem Kərim ABŞ-a Suriyalıları Avropaya köç etməyə məcbur edən terrorçu təşkilatları və ekstremist qrupları maliyyələşdirməsinə son qoymağa çağırdı. \”TASS Agentliyinin\” verdiyi xəbərə görə patriarx :\”Suriyada böhranın həlli üçün hər kəsin səyi lazımdır. Bütün tərəflərə sülh üçün səy göstərmələrni xahiş edirik \” dedi. Daha sonra Antakyanın Bütün Şərq Patriarxı və Süryani Ortadoks Kilsəsi Baş Ruhani Lideri Moran II İqnatius II Efrem Kərim, böhranın mühafizəsində xarici qüvvələrin rolunun böyük olduğunu, bu səbəblə Suriya xalqına silah çəkənlərə yardıma son qoyulması xahiş etdiklərini qeyd edib.
Interpress