ABŞ prezidenti Barak Obama Facebook sosial şəbəkəsində özünə səhifə açıb və iqlimin dəyişikliyi haqqında məlumatı göndərmək üçün sosial media platformasından istifadə edib, \”Siyasi İcmal\” məlumat yayıb.
“Organizing for Action” siyasi təşkilatı artıq çoxdandır ki, \”Barak Obama\” adlı akkauntu istifadə edirdi.
Yeni səhifə isə prezidentə istifadəçilər ilə birinci şəxs adından ünsiyyət qurmağa imkan verəcək.
Obamanın birinci paylaşımı iqlimin dəyişməsi haqqında video-məlumatdır.
Bu videoda prezidentin Ağ evin cənub çəmənliyində gəzişdiyi və təbiətin gözəlliyinə heyran qaldığı anlar öz əksini tapıb.
\”Salam Facebook! Mənim nəhayət ki, öz səhifəm var. Sizi mənimlə arxa həyətdə gəzməyə dəvət edirəm, bu, mənim günün sonunda şam yeməyindən sonra etməyə çalışdığımdır\”-, Obama öz paylaşımında bildirib.
Obama video-müraciətdə amerikalıları iqlimin dəyişməsi ilə mübarizədə öz səylərini əsirgəməməyə çağırıb.
\”Mən əmin olmaq istəyirəm ki, bütün dünya Tanrının bu planetə verdiyi gözəlliyi gələcək nəsillərə ötürə biləcək\”, – Obama iqlim dəyişməsi sahəsində dünya liderləri ilə Parisdəki görüşü barədə danışarkən bildirib.
\”Əgər bütün Amerika bu kritik layihəyə qoşularsa, mən əminəm ki, biz uşaqlarımıza və gələcək nəsillərə aldığımız xeyir-duanı ötürə biləcəyik\”, – Obama deyib.
Interpress